Ru
12:33 / 03 İyun 2021

İsti yemək və içkilərin ZƏRƏRLƏRİ

2294
İsti yemək və içki içmək xərçəng riskini artırır.

Bakupost.az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, 60 - 70 dərəcədən çox istiliyə malik içki və yeməklər xərçəng riskini artırır. İsti qidalar xüsusilə qida borusu xərçəngi, ağız içi yaralar, mədə ağrısı və mədə xərçəngi, qırtlaq xərçəngi riskini artırır, dil və dişlərə ziyan verir.

Ağızdan başlayaraq mədəyə qədər olan bölgədəki orqanların illərlə yüksək istiliyə məruz qalması toxumaların və zülalların denaturasiyasına, yəni quruluşunun pozulmasına səbəb olur. Bu isə xərçəngin meydana gəlməsi üçün risk faktorudur.

Fərqində olmadan 1-2 dəfə isti yemək və ya içki içmək ziyan vermiz. Amma bunu vərdiş halına gətirmək olmaz.

Proteinlərin quruluşunu pozan digər amillər, məsələn, ədviyyatlı və ədvalı qidalar istiliklə birləşdirildikdə mədə və qida borusu üçün daha çox risk yaradır. Həmçinin illərlə siqaret və alkoqol istifadəsi də bu riski artırır.

Eyni zamanda isti yemək və ya içki mədə ağrısına səbəb olur.

Sağlamlığımız qorumaq üçün bütün bunlara diqqət etməliyik!
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər