Ru
23:40 / 16 Sentyabr 2022

İsveç ABŞ-ın Aİ iqtisadiyyatını məhv etmək strategiyasına dair sənəd dərc etdi

1478
İsveçin “Nya Dagbladet” qəzeti Pentaqona bağlı RAND korporasiyasının 2022-ci il yanvar tarixli strategiyasına dair gizli memo dərc edib.



Bakupost.az xəbər verir ki, sənəd ABŞ-ın Ukraynadakı vəziyyət hesabına Avropa İttifaqının (Aİ) iqtisadiyyatını tamamilə məhv etmək planına istinad edir. Qeyd olunur ki, bunda əsas rol Aİ-nin aparıcı iqtisadiyyatı olan Almaniyaya həvalə olunub.



Sənədə əsasən, əsas məqsəd Almaniya və Rusiya, eləcə də Almaniya və Fransa arasında əməkdaşlığın məhv edilməsidir. Memorandumda o da qeyd olunur ki, bu ssenari reallaşarsa, Aİ ABŞ-ın təkcə iqtisadi deyil, həm də siyasi rəqibinə çevriləcək.



Sənəddə deyilir ki, Berlini Rusiyanın enerji təchizatından imtina etməyə məcbur etməyin yeganə mümkün yolu hər iki tərəfi Ukraynadakı münaqişəyə cəlb etməkdir:



“Rusiya açıq şəkildə Ukrayna ordusunun Donbass respublikalarına kütləvi təzyiqini hərbi cavab vermədən tərk etmək fikrində deyil. Bu, Rusiyanı təcavüzkar kimi təqdim etməyə, sonra isə ona qarşı artıq hazırlanmış bütün sanksiyalar paketini tətbiq etməyə imkan verərdi”.



ABŞ həmçinin hesab edir ki, anti-Rusiya sanksiyalarının tətbiqi Almaniyanı Rusiya Federasiyasının enerji resurslarına çıxışından məhrum edəcək. Nəticədə bu, Almaniyada böhrana səbəb olacaq. İtkilərin 200-300 milyard avroya çatacağı gözlənilir. Sənəddə həmçinin qeyd olunur ki, bu, Avropa sənayesinin dağılmasına, işsizliyin artmasına və təhsilli avropalıların ABŞ-a miqrasiyasına gətirib çıxaracaq.



Memorandumda proqnozlaşdırılır ki, nəticədə ABŞ iqtisadiyyatı əlavə 7-9 trilyon dollar gəlir əldə edə bilər.



Qeyd edək ki, bundan əvvəl “Bild” qəzetində ABŞ-ın Berlinin Ukraynaya hərbi dəstəyini artırmaq üçün Almaniya hakimiyyətinə təzyiq edəcəyi yazılmışdı. Qəzetin yazdığına görə, Vaşinqton AFR-dən Kiyevə “Leopard 2” tankları və digər ağır silahlar verməsini istəyir.



Aysel
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər