Ru
14:30 / 17 Yanvar 2023

Jurnalist Cəmil Məmmədliyə cinayət işi açıldı

2389

Xaçmaz rayonunda çalışan jurnalist-frilanser Cəmil Məmmədliyə qarşı cinayət işi açılıb.


Bakupost.az xıəbər verir ki, bu barədə C. Məmmədli özü bildirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə xəbəri təsdiqləyib: "Faktla bağlı Xaçmaz polisində araşdırma aparılır".


Xatırladaq ki, cinayət araşdırmasına dekabrın 15-də Xaçmazda Məmmədlinin olduğu avtomobilin digər avtomobillə toqquşması səbəb olub.

“Məsələ aydınlaşdırılan zamanı biz digər avtomobilin sürücüsü ilə nəzakətli davrandıq. Lakin o, davaya təhrik etdi və mən özümü müdafiə etməli oldum.

Eyni zamanda hadisə yerində olan polislər müdaxilə etməyiblər. “Dava başlayanda onlar bunu videoaya çəkməyə başlayıblar. Beş gün sonra cinayət işinin açılmasından xəbər tutdum.

Fakt üzrə Cinayət Məcəlləsinin 221.2-ci maddəsilə (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) açılıb. Yanvarın 16-da məni ittiham irəli sürmək üçün Xaçmaz rayon polis şöbəsinə çağırdılar. Lakin vəkilim rayonda olmadığı üçün bu gün gəlməyimi istədilər. Bu gün Daxili İşlər Nazirliyinə müraciət etmək üçün Bakıya gəldim, ancaq məni qəbul etmirlər”, - Məmmədli deyib.

O hesab edir ki, ona qarşı təxribat törədilib və bunun arxasında Quba rayon icra başçısı dayanır. Əvvəllər onun iddiası üzrə islah işlərinə məhkum edilib: “2021-ci ildə mənim həbsimə nail olmaq istədi, o zaman alınmadı, indi də işi saxtalaşdırıblar”.


Qeyd edək ki, məhkəmə bu gün axşam saatlarında keçiriləcək.

Şərhlər
  • t.ədalət

    Quba rayon İH başçısı,məşhur yol fırıldaqçısı,Vasif Talıbovun dostluq dairəsində olan Saleh Məmmədovun bacanağıdır.Bu adam Kürdəmir yol idarəsində işləyəndən belədir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər