Ru
11:50 / 06 Fevral 2023

Jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilər - Əhməd İsmayılov

1119
Media resyestri kiminsə jurnalist olmasını təmin etmir.

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib.


Onun sözlərinə görə, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər.

“Sadəcə, kimsə özünü media reyestrində qeydiyyatdan keçirmək istəyirsə, həmin jurnalistlər dövlətin verdiyi müəyyən imtiyazlardan istifadə edə bilirlər. Bir daha qeyd edirəm ki, media reyestrindən qeydiyyatdan keçmək məcburi xarakter daşımır, qətiyyən media reyestrində olmayan jurnalistin fəaliyyəti məhdudlaşmır”, - deyə Əhməd İsmayılov vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər