7,7 və 7,6 bal gücündə iki zəlzələ nəticəsində dağılan Kahramanmaraşda növbəti zəlzələ baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilir ki, Kahramanmaraşın Göksun rayonunda saat 04:41-də 4,1 bal gücündə zəlzələ baş verib.
Fəlakət və Fövqəladə Halların İdarə Heyəti zəlzələnin 7 kilometr dərinlikdə olduğunu açıqlayıb.
Aygün
BakuPost