Ru
14:53 / 17 Mart 2022

Kamalə Abiyevanın “Torpaq” kitabının təqdimatı keçirildi - FOTO

13138
Dünən “Azərkitab”da tanınmış şair, yazar Kamalə Abiyevanın Şuşa ilinə həsr olunmuş “Torpaq” və “41” adlı kitablarının təqdimatı keçirilib.


Bakupost.az xəbər verir ki, tədbirdə qazilər, şəhid ailələri, millət vəkilləri, oxucular, tanınmış mədəniyyət adamları iştirak edib.




Qeyd edək ki, hər iki kitab Qarabağ şəhidlərinə həsr olunub. "41" adlı kitab İkinci Qarabağ savaşında Astara rayonunun verdiyi 41 şəhid haqdadı. Orada hər birinin həyat hekayəsi, ailə üzvləri, dostları, döyüş yoldaşlarının danışdıqları yer alıb. Tədbirdə bəstəçi Gülşən Rafiqqızının “Şuşa” və “Mənə məktub yaz” mahnıları səslənib.





İlk sözə başlayan Kamalə xanım bu təqdimatın onun üçün fərqli olduğunu və heç vaxt belə həyəcan hiss etmədiyini söyləyib. “Onların hər birinin hekayəsini öyrəndikcə anlayırdım ki, biz bu oğulları böyüdən ailələrin həmişə yanında olmalıyıq. Cəbhə səddini ilk yarıb keçənindən atasına “məni savaşa buraxmasan şikayət edəcəm” deyəninə kimi, xanımının “3 oğlun var ehtiyatlı ol” sözünə “burda yüzlərlə oğlum var” deyən komandirə kimi hamısı böyük, ciddi qəhrəmanlıq nümunəsidi”.

Kamalə xanım ilk sözü Birinci Qarabağ savaşında iki qardaşı itkin düşən Lyudmila xanıma verib. Daha sonra digər şəhid anaları və qazilər çıxış ediblər.

Tədbir çay süfrəsi arxasında səmimi söhbət və musiqi müşayəti ilə yekunlaşıb.






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər