Ru
15:06 / 23 Sentyabr 2022

“Kanal 13”ün rəhbərinə xəbərdarlıq edildi

1881
Baş Prokurorluq "Kanal 13" adlı “YouTube” kanalının təsisçisi Əziz Orucova xəbərdarlıq edib.


Baş Prokurorluğun Mətbuat xidmətindən Bakupost.az -a bildirilib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” haqqında Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq "Kanal 13" adlı “YouTube” kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.


Əziz Orucova sentyabrın 15-də “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub.


Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər