Ru
11:09 / 30 Mart 2023

Kəbə əvvəlki günlərinə qayıtdı - Müsəlmanlar axın etdi - VİDEO

26748
Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Məscidül-Haramda yerləşən Kəbə bu Ramazan ayının ən izdihamlı günlərindən birini yaşayıb.

Bakupost.az xəbər verir ki, dünyanın hər yerindən minlərlə müsəlman Kəbəyə axışıb.

Müqəddəs məkanın həyətində addım atmağa yer qalmayıb.

Hətta Kəbənin eyvanları belə dolub-daşdı.

Bu mənzərə hər kəsi duyğulandırarkən, 2 il əvvəlki dövrü ağla gətirdi.

Koronavirus bütün dünyaya yayılarkən müsəlmanlar Kəbəyə gedə bilmədi və minlərlə Həcc ziyarəti ləğv edildi.

Koronavirusdan əvvəlki günlərinə qayıdan Kəbədə əllər göyə qaldırılıb, dualar edilib.

Allahın evini ziyarət edənlər göz yaşlarına hakim ola bilməyiblər.




Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər