Ru
21:46 / 29 Noyabr 2022

Keçmiş prezidentin qızı İnterpola verildi - FOTO

2294
Afrikanın ən zəngin qadını İzabel dos Santos korrupsiyaya görə axtarışa verilib.



Bakupost.az Anqola Xəbər Agentliyinə (ANGOP) istinadən bildirir ki, Anqola məhkəməsi keçmiş prezident Xose Eduardo dos Santosun qızı İzabel dos Santosun korrupsiya ittihamı ilə həbsinə order verib.


Baş prokuror Helder Pitta Qroz, istintaq çərçivəsində daha əvvəl dəfələrlə ifadə verməyə çağırılan Santos haqqında həbs qərarı verildiyini açıqlayıb.


Qroz bildirib ki, “Sonangol” dövlət neft şirkətini idarə edərkən korrupsiya və mənimsəmədə ittiham olunan Santosun həbsi üçün İnterpola müraciət edilib.


Afrikanın ən zəngin qadını kimi göstərilən Santos daha əvvəl ona qarşı irəli sürülən ittihamları rədd edərək İngiltərənin paytaxtı Londonda yaşadığını və gizlənmədiyini bildirmişdi.


Təxminən 30 milyon əhalisi olan Anqola qitənin ikinci ən böyük neft istehsalçısıdır. İzabel dos Santosun atası Xose Eduardo dos Santos 38 il Anqolanı təkbaşına idarə edib.


Aysel
Baku Post
Keçmiş prezidentin qızı İnterpola verildi - FOTO
Keçmiş prezidentin qızı İnterpola verildi - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər