Ru
10:34 / 04 Avqust 2022

Keçmiş rəis vəfat etdi - FOTO

1362
Milli Arxiv İdarəsinin sabiq rəisi, tarix elmlər doktoru Ataxan Paşayev vəfat edib.


Bakupost.az Report-a istinadən xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib.


Qeyd edək ki, Ataxan Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətnə 1962-ci ildə Oktyabr İnqilabı və Sosialist Quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963-1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966-1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləyib.


1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olub.


“Şöhrət” ordeni ilə təltif olunub.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər