Ru
10:29 / 12 Yanvar 2022

Kəlbəcərdə erməni təxribatı ilə bağlı cinayət işi açıldı

393
Kəlbəcərdə erməni təxribatı ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Hazırda iş üzrə istintaq davam edir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər