Bakının mərkəzində yerləşən, dəbdəbəli, dördulduzlu “Qafqaz Baku City Hotel & Residences” oteli satışa çıxarılıb.
Kompleksə 17 mərtəbədə yerləşən 317 otaq, 9 yüksək komfortlu mənzil, habelə əlillər üçün nəzərdə tutulan 2 otaq daxildir.
İçərisində 2 restoran, barlar, gimnastika zalları, spa salonları, konfrans otaqları və ticarət mərkəzi mövcuddur.
Otelin qiyməti isə 72 milyon 750 min manatdır.
Qeyd edək ki, "Gilan Holding”ə məxsus olan "Qafqaz” otellər şəbəkəsinə 13 otel daxildir və bu mülklərin sahibi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.
E.Mirzəyev
BakuPost
Onun əsas qaqzancı yaratdığı monopoliyadan ,saysız hesabsız haqsızlıq ,milləti zillətə salmaq yolu ilə qazanılıb.Uşaq pulu verilməyən körpələrin yemək və pampersinə belə monopoliya qoymaqla əlçatmaz etməsi nəticəsində sərvət toplayıb.Çatdırın nə qədər gec deyil uşaq evlərinə ,kimsəsizlərə,ahıl evlərinə paylayıb qurtulsun.Bu dünyanı onsuz da hərə bir cür yaşayıb köçür.Allahın qəzəb və zəlalətindən nə qədər gec deyil özünü və övladlarını qorumağa çalışsın..Tək o deyil Allah digərlər onun kimilərinin də zəlil edəcək.Günahsız körpələrin haqqına girənlər gec -tez zəlil olarlar...