Ru
18:42 / 16 Sentyabr 2022

“Kəpəz”-“Qarabağ” oyununda KÜTLƏVİ DAVA: 7 futbolçu diskvalifikasiya olundu

4087
AFFA-nın İntizam Komitəsi U-17 Liqasında yaşanan xoşagəlməz hadisənin günahkarlarını cəzalandırıb.



Bakupost.az Apasport.az-a istinadən bildirir ki, insident V turun “Kəpəz”-“Qarabağ” oyununda baş verib.



Görüşün 86-cı dəqiqəsində bir qrup futbolçunun iştirakı ilə kütləvi dava-dalaş baş verib. Nəticədə hakim 7 nəfərə – “Kəpəz”in qapıçısı Cəfər Abbasov, futbolçuları Ülvi Cabbarov, Hüseyn Hüseynov, Qaya Nəsibov, həmçinin “Qarabağ”ın oyunçuları Elton Babazadə, Kamil Sadiqov, Sabir Rzazadə qırmızı vərəqə verib.



AFFA bu oyunçuların hamısını cəzaya layiq görüb. Hər oyunçu 6 matçlıq diskvalifikasiya edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər