Sabiq Müdafiə nazirinin müavini və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, məşhur generalın həyat yoldaşı İlhamə Mustafayeva bir müddət əvvəl Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin müvafiq əmri ilə Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İ.Mustafayeva bu təyinatdan əvvəl Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində dekan vəzifəsində çalışıb, Naxçıvan MR Ali məclisinin deputatı olub.
Bakupost.az xəbər verir ki, İlhamə Mustafayeva 15 may 1970-ci ildə Ordubad rayonunda ziyalı ailəsində anadan olmuşdur.
1993-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitunun Pediatriya fakültəsini,1994-cü ildə Respublika Kliniki Uşaq xəstəxanasında internatura səviyyəsini bitirmişdir. 1995-ci ildə Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşma kursu keçərək mama-ginekoloq ixtisası almışdır. Tibb üzrə fəlsəfə doktoru, dosentdir. Əmək fəaliyyətinə 1995-ci ildə Naxçıvan Qarnizon Hərbi Hospitalında həkimginekoloq kimi başlamış, 1995-1996-cı illərdə Naxçıvan şəhəri Mərkəzi Xəstəxanasında mama-ginekoloq, 1997-2007-ci illərdə N.Nərimanov adına Naxçıvan Respublika Xəstəxanasında həkim-ginekoloq, 2007-2015-ci illərdə Naxçıvan Tibb Kollecində direktor, 2016-2019-cu illərdə Naxçıvan şəhər N saylı hərbi hissədə ginekoloji kabinə müdiri, 2019-cu ildən Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində müəllim vəzifəsində işə başlamış, 2021-2023-cü illərdə Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi Təməl Tibb fənləri kafedrasında kafedra müdiri vəzifələrində çalışmış, 2023-cü ildən Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində dekan vəzifəsində çalışıb. 13.06.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkim” adı ilə təltif olunmuşdur. 2010-cu ildə Naxçıvan MR Ali Məclisinə keçirilmiş seçkilərdə 45 saylı Aza seçki dairəsindən namizədliyini irəli sürmüş, deputat seçilmişdir. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2007-2015-ci illərdə Naxçıvan Tibb Kolleci YAP ərazi təşkilatının sədri, 2010-2015-ci illərdə YAP Naxçıvan MR Qadınlar Şurasının sədr müavini olmuşdur. Azərbaycan Qadınlarının II Qurultayında Naxçıvan Muxtar Respublikası üzrə nümayəndə heyətinin sədri, III Qurultayında Naxçıvan Muxtar Respublikası üzrə nümayəndə heyətinin üzvü seçilmişdir.