Ru
16:53 / 18 Noyabr 2022

Kim Çenin raketləri ABŞ-a uça bilər - Yaponiya xəbərdarlıq etdi

1204
Yaponiya rəsmiləri Şimali Koreyanın dünənki raket sınaqları ilə bağlı ABŞ-a xəbərdarlıq edib. Onların dediyinə görə, bu raketlər ABŞ materikinə çatmaq iqtidarındadır.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, Şimali Koreya sınaq adı altında raket atışlarını intensivləşdirib.

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın cümə günü ballistik raket atdığını açıqlayıb. Raketin Yaponiyadan 200 km məsafəyə düşdüyü bildirlib.

Bölgədə gərginliyin artdığı bir vaxtda nüvə silahı potensialını inkişaf etdirməyə çalışan Şimali Koreya bu il rekord sayda raket sınaqları keçirib. Cümə axşamı Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui ABŞ-ın regionda mövcudluğunu gücləndirmək planlarına daha sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.

Bu həftənin əvvəlində ABŞ Prezidenti Co Bayden G20 sammiti zamanı çinli həmkarı Si Cinpin ilə Şimali Koreyanın son raket sınaqlarını müzakirə edib. Bayden Cənubi Koreyalı həmkarı, eləcə də Yaponiyanın baş naziri Fumio Kişida ilə də görüşüb. O, daha sonra üç müttəfiqin Şimali Koreyanın təxribatçı davranışı qarşısında birlikdə olduqlarını söyləyib.

Xatırladaq ki, bu ayın əvvəlində Pxenyan qitələrarası ballistik raket buraxıb. Bu sınaqdan sonra ABŞ və Cənubi Koreya birgə hava təlimlərinin tarixini uzadıb.

Oktyabr ayında isə Şimali Koreya Yaponiya üzərindən ballistik raket buraxıb. Bu, son beş ildə ilk dəfə baş verib.

Ağır sanksiyalara baxmayaraq, Pxenyan 2006-2017-ci illər arasında altı nüvə sınağı keçirib və yeddincisini planlaşdırdığı güman edilir.

Aynur,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər