Ru
21:35 / 27 Sentyabr 2022

“Kirayə ev” elanları ilə tələbələri aldadan şəxs saxlanıldı

3902
Bakıda “kirayə ev” adı altında vətəndaşları aldadan şəxs saxlanılıb.



Bu barədə Bakupost.az -a DİN-in Mətbuat xidmətindən bildirilib.



Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.



Araşdırmalar davam etdirilir.



“Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər”,- DİN-in məlumatında qeyd olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər