Ru
23:00 / 16 İyun 2022

Kişilərin ən böyük intim problemi: ANORQAZMİYA dərdi necə çözməli?

4889
Orqazm intim münasibətin təbii, fiziki, mənəvi həzz nöqtəsidir. Hazırda həm kişilər, həm qadınları məhz bu problem narahat edir: ANORQAZM.


İdeal cinsi münasibətdə hər iki tərəf finişə çatmalıdır. Tərəflərdən biri buna çatmırsa, biri digərini günahlandırır. Kişilər özlərində problem axtarmağa başlayır.


Bakupost.az xəbər verir ki, alimlər kişilərdə anorqazmiyanın səbəblərini araşdırıb.



Səbəblərdən biri: fiziki, ruhi yorğunluq



Orqazmın pozulması psixoloji, fizioloji faktorlardan asılıdır. Müasir kişilərin ereksiya probleminin banal, ən sadə səbəbi yorğunluqdur. İşdən, hətta işsizlikdən yorulma, normal yatmamaq, fiziki gərginlik, xroniki stress.





Bəzən həkimlər depressiyada, stresdə olan kişilərə antidepressantlar yazır, bu dərmanlar özü də ereksiyanı pozur. Bu zaman həkimlə yenidən müzakirə aparıb, dərmanı dəyişmək lazımdır.


2-ci səbəb: Alkoqol, içki





Kişi uzun müddət və ya heç orqazm ola bilmirsə, bunun səbəbi spirtli içkilər ola bilər. Alkoqolun təsirindən cinsi orqandan beyinə impuls ötürən sinir reseptorları sönür, bütün sistemlər tormozlanır. Nəticədə cinsi münasibət marafon qaçışına bənzəyir, finiş çox uzaqdır. Bu qadını da yorur.


3-cü səbəb: Perfeksionizm



Özünü yataqda hərtərəfli göstərmək istəyən, ideal və ən yaxşı hesab edən, özünü və qadını orqazma çatdırmaq üçün öncədən düşünüb-daşınan kişilərdə qorxu işə düşür. Bu zaman həyəcan və əlavə fikirlər əksinə ona mane olur. Əgər bir dəfə belə kişidə uğursuzluq oldusa, o kompleks qarmağına düşür, psixoloji əziyyət çəkir, bunu qadından gizlədir.



4-cü səbəb: Həqiqi Anorqazmiya



Bu, artıq tibbi diaqnozdur. Orqazmın heç olmaması və ya gec olması orqazmik disfunksiya adlanır. Bu diaqnoz həm qadınlarda, həm kişilərdə rast gəlinir. Qadınlarda bunun digər adı frigidlikdir. Əgər bir kişidə orqazmsızlıq daha tez-tez mütəmadi baş verirsə, seksoloq, uroloq, androloq, nevroloqa müraciət etməlisiz.


Anorqazmin tibbi səbəbləri:


- İnfeksiyalar, cinsi xəstəliklər
- Şəkərli diabet, piylənmə, ürək, böyrək xəstəlikləri
- Sinir pozulmaları
- Xərçəng
- Müxtəlif travmalar, əməliyyat sonrası


Qeyd edək ki, bu problem üçün yaş həddi yoxdur. 25 yaşından yuxarı hər kəsdə anorqazmiya ola bilər.


Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • t.ədalət

    Azərbaycanda kişilərin intim zəifliyi "Azərsun"dan başlayır.Bu şirkətin hazırladıqları qidalar ölkədə kütləvi şəkər xəstəliyini və impotensiya zəifliyini artırır.Bu,bir siyasətdir.Azərbaycan türklərinin artımını ermənilərin və digər millətlərin xeyrinə azaltmaq istəyirlər.Xalqın xilası onun qida sənayesinin milli kadrların ixtiyarına verilməsidir.ermənilərlə eyniliyi bğlüşən yezuitlərə belə bir sahəni etibar etmək olmaz.ermənilər ərazilərimizi,yezuitlərdə canımızı məhv etməklə məşğuldur.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər