Ukrayna prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin Almaniyanın “Bild” nəşrinin Kiyevin nüvə silahı ehtiyatını bərpa etmək imkanını ciddi şəkildə nəzərdən keçirdiyi barədə xəbərini təkzib edib.
Bakupost.az xəbər verir ki, Ukraynada "Kanal 24"-ə verdiyi şərhdə Litvin bildirib ki, "Bild" "informasiya məkanına cəfəngiyyat atıb".
Bundan əvvəl "Bild" qəzeti öz mənbəsinə istinadən xəbər vermişdi ki, Ukrayna hakimiyyəti nüvə silahı ehtiyatlarının bərpası imkanlarını ciddi şəkildə nəzərdən keçirir. Nəşrin məlumatına görə, ukraynalı mənbə bildirib ki, Kiyevə “ilk bombanı əldə etmək üçün cəmi bir neçə həftə lazım olacaq”.
Zaur, BakuPost