Ru
13:15 / 13 Noyabr 2022

Kliniki Tibbi Mərkəzi narkomanlar basdı - Dəhşətli mənzərə - VİDEO

17327
Kliniki Tibbi Mərkəzdən sözügedən səhiyyə ocağının həyətində narkomanların peyda olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirilib.


Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun Bakupost.az -a verdiyi açıqlamada qeyd olunur ki, bu hadisə həqiqətən də baş verir:



“Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzin (Videoda "Semaşko" qeyd edilib) həyətində narkomanların peyda olması ilə bağlı videogörüntülər yayılıb. Məsələnin bu cür ictimailəşdirilməsi bizi yalnız sevindirə bilər və dəstəkləyirik! Bu məsələ həqiqətən də baş verir. Çünki onların sayı günbəgün artır. Baş verənlərlə bağlı aidiyyəti üzrə müraciətlər etmişik. Yəqin ki, qısa zamanda bununla bağlı ciddi tədbirlər görülər. Baş verənlər Mərkəzin heyətini, pasiyentləri və bir sözlə hər kəsi narahat edir”.


Qeyd edək ki, paylaşılan görüntülərdə bir neçə şəxsin Mərkəzin həyətində narkotik maddədən istifadə, hətta alqı-satqı etdiyi iddia edilir.




Şərhlər
  • Vidadi

    Bəs əkilməyən yerdə bitən polis? Ölkədə işləyənlərdən çox polis olduğu halda burada niyə polis görünmür?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər