Ru
09:35 / 29 Sentyabr 2022

Konfet adıyla şagirdlərə narkotik paylayırmış - Bakı məktəbində dəhşət

5127
Bakıda narkotik satışı ilə məşğul olan 2002-ci il təvəllüdlü Günay Quliyevanın (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.


Bakupost.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə G.Quliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.


İbtidai araşdırma orqanı tərəfindən irəli sürülən ittihama əsasən, Bakının Binəqədi rayonunda kirayə yaşayan 20 yaşlı qadın, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıyıb.


2021-ci ilin noyabrında daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində saxlanılan qadının üzərindən 4,179 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 11 ədəd həbdə təsiredici maddəsinin ümumilikdə 0,44 qram çəkidə narkotik vasitə metadon tərkibli dərman preparatları aşkar edilərək götürülüb.


Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Günayın şagirdlərə də narkotik satdığı müəyyən edilib.


Belə ki, Günay Binəqədi qəsəbəsindəki 179 saylı tam orta məktəbin qarşısında dayanmaqla 7-8-ci sinif şagirdlərinə narkotik maddəni əvvəlcə konfet adıyla pulsuz verdiyini, onlarda asılılıq yarandıqda isə hər bir həbi 15-20 manata satdığını bildirib. O, bu səbəbdən hətta uşaqların valideynləri tərəfindən döyüldüyünü də qeyd edib. İş materiallarında təqsirləndirilən şəxsin məktəbin qarşısında narkotik vasitə dövriyyəsi ilə məşğul olması öz təsdiqini tapıb.


Qeyd edək ki, Günayın özü də narkotik aludəçisi olub. O, bir müddət əvvəl qeyri-rəsmi nikah münasibəsində olduğu ərindən ayrılıb, 2020-ci il təvəllüdlü qızı var.
Şərhlər
  • t.ədalət

    Öz körpələrini narkotika ilə zəhərləyən,görəsən,başqa millət varmı?Bu insanlar necə ailədə böyüyüb,hansı tərbiyəni alıblar?Eyni ilə PKK kürdlərinin hərəkətlərini təkrar edirlər.Terrorçu kürdlər də özlərinə ardıcıl toplamaq üçün öz millətlərindən olan gəncləri narkotika ilə belə zəhərləyirlər..

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər