Ru
20:17 / 18 Avqust 2022

Koronavirusdan sağalanlara bəd xəbər - İki il sonra bu simptomlar üzə çıxır

2045
Koronavirusdan sağaldıqdan iki il sonra belə təhlükəli sağlamlıq problemləri ilə üzləşə bilərsiniz.



Bakupost.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Oksford Universiteti araşdırma aparıb.



Tədqiqatların nəticələrinə görə, korovirusdan sağalmış şəxsləri 2 il sonra şüur bulanıqlığı, demans və epilepsiya təhlükəsi gözləyir.


1 250 000 nəfərin səhhətindəki dəyişikliklərə əsasən əldə edilən nəticələrə görə, koronavirus insanlara yaşından asılı olaraq qalıcı ziyanlar vurur. Məsələn, 65 yaşdan yuxarı olanların koronadan sağaldıqdan sonra demans və ifliclə üzləşmək riski artır. Bu, 18-64 yaş aralığında olanlarda şüur bulanıqlığı, uşaqlarda isə epilepsiya və psixotik pozuqluqlar olaraq üzə çıxır.


Araşdırmanın nəticələri, həmçinin indiyə kimi deyilənlərin əksinə olaraq, COVİD-19-un bütün versiyalarının (Delta və Omicron da daxil olmaqla) insan sağlamlığına uzunmüddətli ziyan vurduğunu sübuta yetirib.


Aysel
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər