Ru
11:54 / 14 May 2022

Koronavirusun əlamət və ağırlaşmaları 2 il davam edir - Yapon həkimlər

725
Kovid ağırlaşması ilə xəstəxanaya yerləşdirilən pasiyentlərin yarıdan çoxunda simptomlar 2 ilə yaxın qala bilir.

Bakupost.az xəbər verir ki, bunu Çin-yapon birgə xəstəxanasının həkimləri deyib.

1192 pasiyent üzərində aparılan müşahidələr göstərib ki, xəstəliyin nəticələri 68% xəstəni narahat edir, 55% isə hələ 1 il yarım, 2 il bu simptomlarla mübarizə aparır.

Əsas şikayətlər ağrı, yorğunluq, yuxu problemi, psixi pozuntular, əzginlik, depressiya, ağciyərlərdə narahatlıqdır.

“Covid müalicəsi almış müəyyən qism insanlara daimi müalicə dəstəyinə ehtiyac var. Bura həmçinin vaksinlərin də uzun müddətli neqativ təsiri aiddir. Yeni müalicə metodlarına ehtiyac var. Xəstələr 2 il kovidin fəsadları ilə təkbaşına qalmamalıdır. Həkimlər bu barədə hazırlıqlı olmalıdır ki, onlara nə yardım edə biləcəklərini anlasınlar”.

Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər