Ru
16:43 / 20 Sentyabr 2022

Kraliçanın dəfninə damğa vuran anlar: Kral Çarlzın qeydi, Meqanın göz yaşları...

2935
Sentyabrın 8-də vəfat edən kraliça II Elizabet dünən Londonda təşkil edilən dəfn mərasimi ilə yola salıb.


Dünyanın hər yerindən dövlət başçılarının və rəsmilərin, eləcə də kral ailəsinin iştirak etdiyi mərasim bir çox ölkədə canlı yayımlanıb. Milyonlarla tamaşaçı mərasimini ekranlarda canlı izləyib.


Bakupost.az xəbər verir ki, Kraliça ilə vida mərasimi diqqətçəkən görüntülərə səhnə olub.





Dəfn mərasimində Britaniya kral ailəsindəki hüquqlarından imtina edərək ABŞ-a yerləşən şahzadə Harri və həyat yoldaşı Meqan Markl da iştirak edib. Cütlük dəfn mərasimində əl-ələ görüntülənib.


Meqanın göz yaşları




Kraliçanın dəfn mərasimində Meqan Marklın göz yaşlarına hakim ola bilmədiyi anlar obyektivlərə əks olunub.




Yalnız Meqan deyil, Kate və Villiamın 7 yaşlı qızı Şahzadə Şarlottanın da ağlaması gözlərdən yayınmayıb.




Şahzadə Anne və Şahzadə Harri qısaca gülümsəyərək yan-yana dayanıblar.


KRAL III ÇARLZIN QEYDİ


Kral III Çarlz Kraliçanın tabutunun üzərinə Piyada Mühafizə Alayının (Grenadier Guards) bayrağını qoyub.
İngiltərə mətbuatında yer alan xəbərə görə, bayrağın qoyulmasının səbəbi qvardiyanın kraliçaya xidmətinin sona çatması deməkdir.




Kraliçanın tabutunun üzərindəki çələng və qeydin kral Çarlza məxsus olduğu bildirilib. Kral III Çarlzın kraliçaya ünvanladığı qeyddə "Sevgi və sədaqətlə dolu xatirəsinə. Çarlz R" ifadələri olduğu görülüb. 'R' hərfi latınca 'rex' sözünün qısaldılmışı kimi istifadə olunur və kral mənasını verir.





Tabut alayı “Windsor” qəsrinə doğru irəliləyərkən Kraliçanın Muik və Sandy adlı itləri də orada dayanıb.



Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər