Ru
23:18 / 19 Sentyabr 2022

KTMT missiyası gərginliyin azaldılması üçün təkliflər hazırladı

1264
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının qabaqcıl qrupu Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün təkliflər hazırlayıb.



Bakupost.az TASS-a istinadən bildirir ki, bu barədə bazar ertəsi KTMT-nin Birgə Qərargahının mətbuat xidmət məlumat yayıb.



Bildirilib ki, bu gün Ermənistan Müdafiə Nazirliyində KTMT-nin ölkədəki missiyasının qabaqcıl qrupunun işinin yekunlarına dair iclas keçirilib. Qrupa rəhbərlik edən general-polkovnik Anatoli Sidorov təkliflərlə bağlı nazir Suren Papikyana məlumat verib.



Vurğulanıb ki, işlənib hazırlanmış təkliflər yaranmış gərginliyin azaldılmasına yönəlib.



Məlumata görə, Müdafiə Nazirliyində keçirilən görüşdən sonra KTMT missiyasının qabaqcıl qrupu Moskvaya yola düşüb.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər