Ru
22:18 / 20 Sentyabr 2022

KTMT-nin baş katibi Ermənistandadır - YENİLƏNİB

1222
KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Azərbaycanla sərhəddəki vəziyyəti öyrənmək üçün Ermənistana gedib.


Bakupost.az "Gazeta.ru"ya istinadən bildirir ki, bu barədə təşkilatın sözçüsü Vladimir Zaynetdinov məlumat verib.


O qeyd edib ki, missiyanın vəzifələri mövcud vəziyyəti qiymətləndirmək, KTMT-yə üzv dövlətlərin rəhbərlərinə regiondakı vəziyyətlə bağlı ətraflı məruzə hazırlamaq və Ermənistan – Azərbaycan sərhədindəki müəyyən sahələrdə yaranmış gərginliyin azaldılması üçün təkliflər təqdim etməkdir.


“Misiyanın işi çərçivəsində sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi üzrə tədbirlər, o cümlədən Ermənistanın ali siyasi və hərbi rəhbərliyi ilə görüşlər nəzərdə tutulub”, - deyə KTMT-nin sözçüsü bildirib.


O, həmçinin qeyd edib ki, missiyaya qurumun işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxildir.




***


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas bu gün Ermənistana gedəcək.


Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.


Məlumata görə, Zasın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 25-dək Ermənistanda olacaq.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər