Ru
12:21 / 30 Noyabr 2022

Kürdəmir məktəblərində narkomaniyaya qarşı tədbirlər keçirildi - FOTO

6822

Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Ölümə yox” adlı layihə çərçivəsində Kürdəmir rayon 1 saylı orta və Atakişili kənd orta məktəblərində maarifləndirici tədbirlər həyata keçirib.



Bakupost.az xəbər verir ki, tədbir zamanı 9,10 və 11 sinif şagirdlərinə “Ölümünü sifariş edənlər” sənədli filmi nümayiş etdirilib və şagirdlərlə film haqqında müzakirələr aparılıb.


Tədbirlərdə Mərkəzi Aran Regional təhsil idarəsinin Kürdəmir Rayonu üzrə təhsil sektorunun müdiri Rafael Məmmədov, metod kabinetinin direktor əvəzi Mehman Osmanov və 1 saylı orta məktəbin direktoru Vügar Nəsirov çıxış edərək layihənin vacibliyindən və belə tədbirlərin mütəmadi keçirilməsi arzusunda olduqlarını bildiriblər.

21-ci əsrin bəlası olan narkomaniyanın qarşısının alınması üçün maarifləndirmənin ən gözəl vasitə olduğunu qeyd ediblər. Azərbaycan Maarifçi Gənclər Təşkilatının rəhbəri Aslan Mərziyyə gənclərə bu sahədə ayıq olmağı və tədbir çərçivəsində əldə etdikləri vəsaitlərdən daha çox insanın maarifləndirilməsi üçün istifadə etmələrini tövsiyə edib, layihənin maliyyə dəstəyinə görə Gənclər və İdman Nazirliyinə, texniki dəstək üçün Kürdəmir rayon İcra Hakimiyətinə, xüsusəndə İcra Hakiminin muavini Vəsilə Əsgərliyə təşəkkürünü bildirib.


Tədbirin sonunda iştirakçılara filmi özündə əks etdirən disk, maarifləndirici buklet və dəftərxana ləvazimatları paylanılıb.


Əlavə edək ki, layihə çərçivəsində ümumi 200 nəfər şagird maarifləndiriləcək.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər