Kürdəmir Suvarma Sistemləri İdarəsində çalışan 130 nəfər işdən çıxarılıb.
Bakupost.az "APA TV"yə istinadən xəbər verir ki, işdən azad olunan şəxslər etiraz ediblər.
Şikayətçilər öz etirazlarında bildiriblər ki, işsizdirlər və ailələrini dolandıra bilmirlər.
Məsələyə münasibət bildirən Kürdəmir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Rəşid Nəsirov isə deyir ki, bu, struktur dəyişikliyi ilə bağlıdır:
“Bir neçə həftə əvvəl onlara bildiriş vasitəsi təqdim olunub. Onlar bu bildirişləri oxuyub, tanış olub və imza atıblar. Növbəti həftədə bir neçə şəxsin işdən çıxarılması da gözlənilir”.
Ətraflı videomaterialda: