Ru
14:11 / 19 İyun 2022

Kürdəmirdə dəhşətli qəza: iki hərbçimiz həlak oldu - FOTO

3650
Kürdəmir rayonunda baş verən qəzada yaralanan hərbiçilərimiz vəfat edib.

Kürdəmir rayon Polis şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə zamanı xəsarət alan iki hərbiçi - 1988-ci il təvəllüdlü mayor Yusif Mahir oğlu Məmmədli və 1999-cu il təvəllüdlü Fərid Samir oğlu Nəsibov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.


Hadisə zamanı xəsarət alan 1994-cü il təvəllüdlü Hatəm Aydəmiroviç Baydaşovun isə vəziyyəti ağır olaraq qalır.


Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük maşınına çırpılıb.



***

10:46


Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.


Hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük avtomobilinə çırpılıb.


Qəza nəticəsində avtomobildə olan sürücü və iki sərnişin ağır xəsarət alıblar. Xəsarət alanlardan 2-nin hərbi qulluqçu olduğu bildirilir.


Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər