Ru
16:26 / 12 Yanvar 2022

Kürəkənini qətlə yetirən qayınataya hökm oxundu

510
Binəqədi rayonunda kürəkənini qətlə yetirməkdə təqsirləndirilən Mehdi Abdullayevə hökm oxunub və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakupost.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci il martın 14-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, M.Abdullayev qəsəbə ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı kürəkəni, 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Vaqif oğlunu bıçaqlayaraq qətlə yetirib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər