Ru
15:10 / 31 Avqust 2022

Laçın dəhlizinə alternativ yolda Azərbaycan postları olacaqmı? - Açıqlama

5473
“Laçın dəhlizinə alternativ yolun çəkilməsi birgə bəyanatda öz əksini tapmışdı. O yolun hansı şərtlər altında fəaliyyət göstərməsi Azərbaycan və Ermənistan liderləri arasındaBrüsseldə keçirilən görüşün nəticələrindən, həm də Moskvada keçiriləcək sərhədlərin demarkasiya və delimitasiya üzrə komissiyanın işindən asılı olacaq”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.


Ekspert Laçın dəhlizinə alternativ yolda Azərbaycan postlarının qoyulması və Zəngəzur dəhlizilə bağlı məsələyə də toxunub:





“İstənilən halda bu yol Azərbaycan ərazisindədir. Zəngəzur dəhlizində Ermənistan tərəfi nə qədər geriyə addım ata biləcəksə, biz həmin dəhlizlə ermənilərə gediş-gəliş üçün o qədər imkanlar yarada bilərik. Amma istənilən halda rus sülhmərmlılarının Azərbaycanda fəaliyyəti və alternativ yolun rusların nəzarətində olmasının bəlli bir müddəti var. Bu müddətin bitməsinə təxminən 3 ilə yaxın bir vaxt qalıb. Nəzərə alsaq ki, 6 ay da sülhməramlıların yır-yığışı üçün tələb olunacaq, o zaman 2 il yarımdan sonra artıq sülhməramlılar ölkəmizdən gedəcək və o zaman biz başqa məsələləri müzakirə edə bilərik”.


Ekspert qeyd edib ki, yeni yolda Azərbaycan postu ola bilər:


“Yeni yolda Azərbaycan postu ola bilər. Bu, dövlət başçılarının Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq. Bu görüşdə əsas müzakirə mövzularından biri də iki ildir açılmasını gözlədiyimiz Zəngəzur dəhlizidir. Doğrudur, bəyanatda Zəngəzur sözü yazılmayıb, orada "Naxçıvana ikitərəfli maneəsiz hərəkət" qeyd olunub. Bu məsələ müsbət həllini taparsa, Azərbaycan da eyni şərtlər altında ermənilərin Qarabağa gediş-gəlişinə icazə verə bilər. Amma azərbaycanlıların da Qərbi Zəngəzura və ya İrəvana gedib-gəlməsinə münbit şərait yaradılmaldır”.


Ə.Verdiyev Brüssel görüşü ilə bağlı da danışıb:


“Bu görüşdən böyük nəticələr olmasa da, irəliyə doğru addımlar gözləyirəm. Çünki bu son görüş deyil, sülh müqaviləsi hələ bağlanmayıb. Orada delimitasiya-demarkasiya proseslərinin başlaması müzakirə olunacaq. Görünür, hansısa məsələlərdə ortaq məxrəc var ki, bu görüş keçirilir”.


Fərid
Baku Post
Şərhlər
  • Yasin Xudiyev

    Konulu doywe getmek isdeyirem 0504728493

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər