Ru
17:40 / 09 Sentyabr 2022

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verildi - FOTO

2674
Laçın rayonunda yerləşən Laçın Radio-Televiziya Yayımı Stansiyası (RTYS) sentyabrın 9-da istismara verilib.


Bakupost.az xəbər verir ki, stansiyanın işinin müvəqqəti bərpası məqsədilə mövcud 20 metrlik qüllədən və texniki binadan istifadə edilib.

Nəticədə rəqəmsal paketdə 8 TV proqramının (AzTV, Mədəniyyət TV, İdman Azərbaycan TV, İctimai TV, Azad Azərbaycan TV, Xəzər TV, CBC, Real TV), Azərbaycan Radiosunun, İctimai Radionun Laçın rayonunda, həmçinin Şuşa və Qubadlı rayonlarının Laçın istiqamətində olan kəndlərində yayımı təmin olunub.


Stansiyanın infrastruktur və yayım imkanlarının artırılması istiqamətində gələcəkdə müvafiq işlərin görülməsi nəzərdə tutulur.


Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə buna qədər Şuşa, Kəlbəcər, Mincivan (Zəngilan) və Xanlıq (Qubadlı) RTYS-lərin fəaliyyəti müvəqqəti bərpa olunub. Hazırda Şuşa RTYS-dən 10 televiziya, 7 radioproqramın, Kəlbəcər, Mincivan, Xanlıq və Laçın RTYS-lərin hər birindən 8 televiziya və 2 radioproqramın yayımı həyata keçirilir.


Qeyd olunan stansiyalar vasitəsilə hazırda Şuşa, Xankəndi, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam və digər yaxın ətraf ərazilərdə radio-televiziya yayımları təmin edilir.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər