Ru
15:25 / 05 Avqust 2022

Laçında həlak olan əsgərimizə şəhid statusu veriləcək

1651
Xəbər verdiyimiz kimi, avqustun 5-i Laçın rayonunda xidməti döyüş tapşırığını yerinə yetirən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğlu həlak olub. Müdafiə Nazirliyindən bildirilib ki, üzərinə sıldırım qayalıqlardan qopan qaya parçası düşən 2003-cü il təvəllüdlü hərbçimiz hadisə yerində həlak olub.


"Unikal"ın məlumatına görə, əslən Füzuli rayonundan olan S.Xudiyev Bakının Ramana qəsəbəsində yaşayıb.


Qeyd edək ki, Samir Xudiyev döyüş tapşırığını yerinə yetirərkən həlak olduğu üçün ona şəhid statusu veriləcək.





Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • İNSAN

    Ağzından süd iyi gələn uşaqları ön cəbhəyə göndərmək ali baş komandanın Analoqsuz siyasətidir hər halda!

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər