Ru
14:14 / 02 Fevral 2023

Lavrov: O ölkə növbəti Ukrayna olacaq - VİDEO

3063
Hazırda Qərb ölkələri “növbəti Ukrayna” rolu üçün Moldovanı nəzərdən keçirirlər.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.

Onun sözlərinə görə, prezident Maya Sandu “demək olar ki, hər şeyə hazırdır”.

"İndi Qərb Ukraynanın yolu ilə gedəcək ölkə kimi Moldovanı nəzərdən keçirir", - deyə XİN rəhbəri jurnalistin "hansı ölkə - Qırğızıstan, Qazaxıstan Ukraynanın yolu ilə gedə bilər?" sualına cavab verərkən deyib.

Lavrov hesab edir ki, Sandu prezidentliyə azad demokratik yolla deyil, "kifayət qədər spesifik metodlar"la gəlib. O, həmçinin qeyd edib ki, Maya Sandunun Rumıniya vətəndaşlığı var: "O, NATO-ya qoşulmağa həvəslidir və Rumıniya ilə birləşməyə hazırdır".



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər