Ru
11:44 / 15 Avqust 2022

Laza sakinləri turistləri kəndə buraxmır - Bəs İcra Hakimiyyəti nə deyir? - VİDEO

18518
Qusarın Laza kəndinə gedən yerli turistlər kəndə buraxılmayıb.


Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb.


Belə ki, Laza sakinləri yolu bağlayaraq, turistləri kəndə buraxmayıb. Sakinlər bu addımı kənd yollarında yaranan nəqliyyat sıxlığı ilə izah ediblər. Onlar kəndə turist kimi gələn şəxslərin avtomobildən istifadə etməməsini tələb ediblər.


Məsələ ilə bağlı Qusar Rayon İcra Hakimiyyətilə əlaqə saxladıq.


İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ənvər Balabəyov Bakupost.az -a belə bir halın baş vermədiyini bildirdi:


“Laza ən çox turist axını olan kənddir. Hazırda kənddə belə bir hal baş verməyib. Kənd camaatı da turistləri çox böyük hörmətlə qarşılayır. Bu yalan və böhtandır. Biz hər gün ora gedib-gəlirik. Qusara gələn turistlərin əksəriyyəti məhz Lazaya gedir”.


Kəndin icra nümayəndəsi Nazim Cənnətəliyev isə məsələ ilə bağlı bunları deyib:



"Kənd sakinləri ilə turistlər arasında heç bir münaqişəni yaranmayıb. Onlar yerli turistlər olublar. Turistlər kəndə buraxılıb, sadəcə yerli sakinlər maşınların kəndə daxil olmasına etiraz ediblər. Kəndin yolu olduqca dar olduğundan turistlərdən avtomobilləri kəndin girişində saxlayıb piyada gəzməyi tələb ediblər. Həmin yola eyni anda bir neçə maşın girəndə tıxac yaranır. Bu da kənd sakinləri üçün narahatlıq yaradır".


Qeyd edək ki, kənd sakinlərinin etirazından sonra ərazi Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunub.




Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər