Ru
11:38 / 15 Avqust 2022

Lənkəranda min il əvvələ aid yaşayış yeri və abidələr tapıldı - FOTO

1375
Lənkəran rayonun Velədi kəndi ərazisində aparılan tikinti işləri zamanı maddi-mədəniyyət nümunələrinin aşkarlanması ilə əlaqədar olaraq Lənkəran Regional Elmi Mərkəzinə müraciət olunub.


AMEA-dan Bakupost.az -a verilən xəbərə görə, mərkəzin Folklor, etnoqrafiya və arxeologiya şöbəsinin aparıcı elmi işçiləri t.ü.f.d, arxeoloq Samir Kərimov və t.ü.f.d. Mais Cəfərov tərəfindən əraziyə baxış keçirilib.


Velədi kəndinin ərazisində Lənkərançayın sağ sahilində Velədi və Gərmətük kəndlərinin arasında yerləşən yeni məhəllədə hasar tikintisi ilə əlaqədar qazılan xəndəkdə 40 sm dərinlikdən orta əsrlərə aid şirsiz və şirli saxsı məmulatları aşkarlanıb. Ərazidən aşkarlanan saxsı məmulatları burada mədəni təbəqənin qalınlığı 1m-dən çox, təqribən 2 ha sahəyə malik olan və IX-XI əsrlərə aid yaşayış yerinin mövcudluğunu deməyə əsas verir. Abidə üzərində Velədi kəndinin yeni məhəlləsi salındığından mədəni təbəqə ciddi dağıntılara məruz qalıb və onun mikroreylefi pozulub. Həmin ərazidən təqribən 1km şərqdə isə həyətlərin birində quyu qazılarkən təqribən 3-4 m dərinlikdən erkən orta əsrlərə aid buxurdan və saxsı qazan tapılıb.


Məlumatda qeyd edilib ki, hələ bir neçə il əvvəl də oxşar tapıntılar Velədi kəndində həyatyanı sahədə quyu qazılarkən da aşkar edilib. Bütün bunlar Lənkərançayın sağ sahilində orta əsrlərə aid zəngin arxeoloji abidələrin olması ehtimalını yaradır. Alimlərin fikrincə abidələrdə mədəni təbəqənin xarakterini dəqiq müəyyən etmək üçün gələcəkdə arxeoloji qazıntıların aparılması zəruridir.
Lənkəranda min il əvvələ aid yaşayış yeri və abidələr tapıldı - FOTO
Lənkəranda min il əvvələ aid yaşayış yeri və abidələr tapıldı - FOTO
Lənkəranda min il əvvələ aid yaşayış yeri və abidələr tapıldı - FOTO
Lənkəranda min il əvvələ aid yaşayış yeri və abidələr tapıldı - FOTO
Lənkəranda min il əvvələ aid yaşayış yeri və abidələr tapıldı - FOTO
Lənkəranda min il əvvələ aid yaşayış yeri və abidələr tapıldı - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər