Ru
14:53 / 21 Noyabr 2022

Lənkəranda ölümcül döyülən məktəbli Bakıya gətirildi

1606
Lənkəranda 11-ci sinif şagirdi naməlum şəxslər tərəfindən ölümcül döyülüb.

Bu barədə Bakupost.az-a Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilir ki, Lənkəran rayonu, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu ötən gün axşam saatlarında naməlum şəxslərin hücumuna məruz qalıb.

Əldə etdiyimiz məlumata görə, məktəbli dünən axşam Lənkəran Mərkızi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan bu gün səhər saatlarında o, Bakıya göndərilib.

İsmət Qədirovun valideynləri hadisə ilə bağlı dərhal polis orqanlarına məlumat veriblər.

Faktla bağlı araşdırmalar davam edir.

Aynur,
Bakupost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər