Ru
05:14 / 30 Noyabr 2021

Lionel Messi 7-ci dəfə “Qızıl top” mükafatını qazanıb - FOTO

1212

Parisdə “France Football” nəşri trəfindən təsis olunmuş “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçirilib.

Bakupost.az xəbər verir ki, dünya futbolunda ən nüfuzlu fərdi mükafatın builki sahibi Argentina millisi və PSJ-nin hücumçusu Lionel Messi olub.

Forvard yeddinci dəfə “Qızıl top”a yiyələnib.

Qeyd edək ki, “Qızıl top” mükafatı 1956-cı ildə təsis edilib və hər il dünya futbolunun ən yaxşılarına təqdim olunub. Yalnız 2020-ci ildə keçiriləcək mərasim koronavirus pandemiyası səbəbindən ləğv edilib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər