İsrail ordusu gün ərzində Livandan təxminən 75 raket atıldığını qeydə alıb.
Bakupost.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu, yerli vatxla 19:45-ə (Bakı vaxtı ilə 20.45) olan məlumatdır.
Bundan əlavə, bir müddət əvvəl Livandan buraxılan iki PUA-nın ələ keçirildiyi bildirilib. Ordudan qeyd edilib ki, pilotsuz təyyarələr İsrail hava məkanına girməzdən əvvəl ələ keçirilib.
Son saatlardakı hücumlara cavab olaraq, Hərbi Hava Qüvvələri İsrail ərazisini hədəf alan onlarla raket buraxılış qurğusuna hücum edib. İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, “Hizbullah” şiə təşkilatının hərbi infrastrukturu, komandan məntəqələri və silahlı birləşmələrin ayrı-ayrı üzvləri də hava zərbələrinə məruz qalıb.
Zaur, BakuPost