Ru
14:08 / 14 May 2022

Lukaşenko Rusiyaya gedir: Putinlə görüşəcək

1027
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edəcək.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, Kollektiv Müdafiə Təşkilatı Müqaviləsinin iclasında iştirak etmək üçün Aleksandr Lukaşenko mayın 16-da Moskvaya səfər edəcək.

Səfər çərçivəsində Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

"Ölkələrin liderləri regionda və dünyada mövcud vəziyyətin aktual problemləri haqqında fikir mübadiləsi aparacaq, yaranan müxtəlif çağırış və təhdidlərə qarşı birgə cavab tədbirlərini müzakirə edəcəklər", Belarus prezidentinin mətbuat xidməti bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər