Ru
14:36 / 01 Avqust 2022

Lvovda azərbaycanlını kürd əsilli iş adamı öldürüb - Hadisənin DETALLARI

4019
Xəbər verdiyimiz kimi, Ukraynada gənc azərbaycanlı iş adamı Sənan Qəniyev Saday oğlu qətlə yetirilib.


Məsələ ilə bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad Bakupost.az -a açıqlama verib.


O bildirib ki, hadisə məişət xarakterli münaqişə zəminində baş verib:



“Sənan Qəniyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov vilayəti üzrə aktiv nümayəndələrindən biri olub, eyni zamanda orada iş adamı kimi də fəaliyyət göstərib. Onunla bağlı cəmiyyətdə çox pozitiv mövqe var.

Hadisə məişət xarakterli münaqişə zəmnində baş verib. Yəni, öncədən planlı şəkildə olmayıb. Cinayət əməlini törətməkdə təqsirli bilinən şəxs kürd əsilli Türkiyə vətəndaşı - Barut Məsutdur. Hadisə təqsirləndirilən şəxsə aid iaşə obyektində baş verib.

Həmin məkanda onunla mərhum arasında mübahisə yaranıb. Mübahisə zəminində təqsirləndirilən şəxs əlinə keçən şiş tipli alətlə Sənan Qəniyevə xəsarət yetirib. Şiş mərhumum ayağında şah damarına dəydiyi üçün o, qanaxmadan dünyasını dəyişib.

Təqsirləndirilən şəxs barədə cinayət işi açılıb və o, həbs olunaraq müvəqqəti təcridxanada polis nəzarətindədir.

Mərhumun yaxınları ilə əlaqa saxlamışıq. Cənazənin Azərbaycana gətirilməsi üçün müvafiq işlər aparılır".




Fərid
Baku Post


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər