Ru
16:30 / 18 Yanvar 2023

Maaş artımı mümkün deyil, dövlət bunu edə bilməz - Ekspert

3509
“Hazırda ölkədə kəskin qiymət artımı müşahidə olunur. Ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti xeyli bahalaşıb. Azərbaycanda qiymət artımına təsir edən əsas amil dünya bazarında qiymətlərin sürətlə artmasıdır. Bu, ölkə iqtisadiyyatına inflyasiyanın idxalına səbəb olur. Qiymət artımı avtomatik olaraq insanların büdcəsinə təsir göstərir. Ona görə də yalnız əməkhaqqıların artımı ilə mövcud problemlərin aradan qalxacağını gözləmək doğru deyil”.


Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, insanların sosial rifahının yaxşılaşdırılması üçün ilk növbədə ölkə iqtisadiyyatında müvafiq inkişaf olmalıdır:

"Əgər biz ölkə olaraq dünya bazarına daha çox xammal çıxarıb hazır məhsul alırıqsa, istər-istəməz iqtisadiyyatın rəqabət qabiliyyətliliyi lazımi səviyyədə olmayacaq. Bu zaman əməkhaqqı fondu da aşağı olacaq. Deyirlər ki, minimum əməkhaqqının məbləği real tələbdən azdır. Büdcə xərclərinin təxminən 46 faizi sosial xərclərə yönəlib. Bunu bir qədər də artırmaq mümkün deyil. Əgər büdcənin özü ümümi daxili məhsulu, əlavə dəyəri artmirsa, əməkhaqqıda gözlənilən artım mümkün deyil. Dövlət bunu edə bilməz”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər