Ru
22:08 / 19 Sentyabr 2022

"Mançester Yunayted"in futbolçuları zəhərləndi

3979
İngiltərənin "Mançester Yunayted" komandasının futbolçuları zəhərlənib.


Bakupost.az "The Sun"a istinadən xəbər verir ki, "Şerif"lə UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün Moldovada olan komanda gözlənilməz problemlə üzləşib.



Matçdan 2:0 hesablı qələbə ilə ayrılan "Mançester Yunayted"in bəzi futbolçularının səhhətində qarşılaşmadan bir gün sonra problem yaranıb. Məlum olub ki, texniki heyətdəkilər də daxil olmaqla ümumilikdə 12 nəfər zəhərlənib.


Zəhərlənən futbolçuların adları açıqlanmayıb. Ancaq bildirilib ki, onlar sentyabrın 16-sı və 17-dəki məşqləri buraxmalı olublar.



Hazırda klub problemin Kişineuda, yoxsa geri qayıdarkən təyyarədə yeyilən yeməkdən qaynaqlandığını araşdırır.


Aysel
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər