Ru
16:31 / 05 May 2022

Masazırda "Neomed medical center"in açılışı oldu - VİDEO

815

Abşeron rayonu Masazır qəsəbəsində peşəkar həkimlərin fəaliyyət göstərdiyi və ən müasir avadanlıqlarla təchiz edilmiş "Neo Med" özəl klinikasının açılışı olub.


Bakupost.az xəbər verir ki, açılış mərasimində tanınmış səhiyyə adamları ilə yanaşı, media və ictimaiyyət nümayəndələri də iştirak edib.

Ən son elmi-texniki yeniliklərin tətbiq olunduğu klinikada tibbin bir çox sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması, müasir avadanlıqlarla təmin olunmuş laboratoriyada bütün növ analizlərin götürülməsi üçün üçün zəruri şərait yaradılıb.

Analizlərin təyini yüksək keyfiyyət və dəqiqliklə aparılır, nəticələr yüksək həssaslıqla ən qısa zamanda pasientlərə təqdim olunur.

Ultrasəs kabinetində rəngli dopler və 3D müayinələr, kardioloji və nevroloji müayinələr ən son model avadanlıqlar və peşəkar həkimlər tərəfindən həyata keçirilir. Klinika tərəfindən terapevtik profilli digər ambulator müayinələr də təşkil olunur.

Əhalinin sağlamlığının qorunmasını və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasını hədəf götürən kollektivə fəaliyyət sahələrinin daha da genişləndirilməsi yolunda uğurlar arzulayırıq.


Ünvan: Masazır qəsəbəsi,Atatürk küçəsi (Masazır dairəsi)
Əlaqə nömrəsi: 0103150003
012 347 36 87.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Fazil Nasibli

    Əslən Laçın rayonunun Bozlu kəndindən Vüsal Mustafayevin rəhbərlik etdiyi NEOMED klinikası, Abşeron rayonu Masazır dairəsində fəaliyyətə başlamışdır. Məcburi köçkün və ikinci Qarabağ müharibəsi şəhidlərinin, qazilərinin ailələrinə xidmətdə xüsusi endirimlər tətbiq edilir. Bununla əlaqədar NEOMED klinikasının rəhbərliyinə və kollektivinə sonsuz təşəkkürümüzü bildirir, işlərində uğurlar arzulayırıq... Dostlar NEOMED klinikasının reklam linkini mümkün qədər paylaşaq və dəstək olaq...

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər