Ru
16:06 / 20 Sentyabr 2022

"Binanı otelə çeviriblər" - Sakinlərdən etiraz - Yenilənib - VİDEO

34919

***

12:37


Masazır qəsəbəsində tikilən "Absheron City” yaşayış kompleksinin sakinləri (Duzlu göl ilə üzbəüz) dünən axşam saatlarında etiraz aksiyası keçiriblər.


Onlar yolu bağlayaraq kompleksin rəhbərliyindən, komendantından şikayətlərini bildiriblər.


Şikayətçi sakinlərin Bakupost.az -a dediklərinə görə, binalara nəzarət olunmur:


“Bütün narkomanlar bura yığışır, hoqqabazlıq edirlər. Nə komendant, nə də başqa bir insan baxmır. Heç kimə evlərin “kupça”larını vermirlər. Verdikləri sənədlə ASAN Xidmətə gedirəm, deyirlər, bu binalar sistemdə yoxdur. Deməli, sənəd saxtadır. Ən dəhşətlisi isə kompleksin sanki otelə çevrilməsidir. Şlaqbaum illərdir ki, qoyulmur. Mənzil alıb, şəhərdə yaşayanlar oranı günü 20 manata başqalarına verir. Binaya kim gəlir, kim gedir bilinmir. Biabırçılıqdır. Ailə var, uşaq var... Buranı otelə çevirmək nə deməkdir?!”.


Sakinlərin etirazından sonra əraziyə polis əməkdaşları gəlib:


“Polis kompleksin komendantı İlqar müəllimə zəng etdi. Dedilər ki, məsuliyyət sizin üzərinizdədir. O, dərhal həmin yerə gəldi. Yenə də insanlara yalandan vədlər verərək, həll olunacağını dedi. Amma biz inanmırıq. Çünki hər dəfə eyni sözləri deyir. Dəfələrlə belə olub”.


Məsələ ilə bağlı “Absheron City” ilə əlaqə saxladıq.


Şirkət əməkdaşı hadisədən xəbərsiz olduqlarını dedi: “Bizim dünən axşam orada olanlardan məlumatımız yoxdur. Sizdən eşidirik...”.


Daha ətraflı videoda:




***
16:06


Masazırda "Absheron City"dəki problemlə bağlı Abşeron rayon İcra Hakimiyyəti nümayəndələri həmin ünvana gediblər.
Sakinlərin şikayətini dinləyən İcra rəsmiləri problemin qısa zamanda həll olunacağını bildiriblər.


Aygün
BakuPost

Şərhlər
  • Şahin Həbibov

    Bəli.doğrudur

  • t.ədalət

    Otelçilik fahişəliyə təkan verir və otel sahibləri qadın darbalağından dolanışıq pulu qazanırlar.Azərbaycanda qadınlar üçün iş yerlərinin yaradılmaması da otellərdə fahişəliyi alovlandırır.Bu yolla milli ləyaqətimiz ayaqlar altına atılır.Tərbiyəsiz anaların böyütdüyü uşaqlarda vətənpərvərlik olmur.Rusiyanın və ermənistanın istədiyi də budur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər