Ru
19:16 / 22 Noyabr 2022

Maskın sərvəti sürətlə "əriyir" - 100 milyard dollar itirib

5129

"Twitter" sosial şəbəkəsini alandan bəri gündəmdən düşməyən milyarder iş adamı İlon Maskın sərvəti sürətlə "əriyir".


Bakupost.az xarici mətbuata istinadən bildirir ki, "Dünyanın ən varlı adamı" ünvanını daşıyan İlon Mask indi həm də "sərvəti ən çox azalan milyarder"dir.


Belə ki, Maskın sərvətində baş verən azalma ilk dəfə olaraq 100 milyard dolları ötüb. Buna baxmayaraq o, hələ də planetdəki ən varlı insandır. 51 yaşlı iş adamının sərvəti ötən il 340 milyard dollara çatmışdı.


Qeyd edək ki, "Bloomberg Milyarderlər İndeksi"nə görə, bu il sərvəti ən çox "əriyən" milyarderlər siyahısında ilk üç yeri İlon Mask, Mark Zukerberq və Çanpen Zao tutur.


Aysel

Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər