Ru
17:31 / 04 May 2022

Məcburi köçkünlər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşür - VİDEO

482

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad olunmuş ərazilərdə, ata-baba yurdlarında yaşamağı, qurub-yaratmağı planlaşdıran məcburi köçkünlərin fikir və duyğularının yer aldığı videoçarxlar hazırlamaqda davam edir.


Komitədən Bakupost.az -a verilən məlumata görə, Vətən həsrəti bitən həmvətənlərimiz hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını bildiriblər. Qeyd ediblər ki, məcburi köçkünlərin geri qaytarılması üçün dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən kompleks tədbirləri yaxından izləyirlər. Görülən işlər nəticəsində tezliklə o torpaqların məcburi köçkünlərin layiqli yaşayışı üçün əlverişli vəziyyətə gətiriləcəyinə əminliklərini ifadə ediblər.


Videoçarxlarda müxtəlif peşə sahibi olan məcburi köçkünlər öz peşələri barədə məlumat verib, fəaliyyətlərini bundan sonra işğaldan azad olunmuş yerlərdə davam etdirəcəklərini, doğma yurdlarının ən abad guşələrdən birinə çevrilməsi üçün gənclərin də dəstək verməsinin əhəmiyyətini vurğulayıblar. Videolayihə əsasında çəkilişlər davam etdirilir.


Növbəti videoçarxda “ASAN xidmət”in əməkdaşı, Laçın rayon sakini Həsənxan Həsənxanlı təəssüratlarını bölüşüb.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər