Ru
11:14 / 06 May 2022

Məcburi köçkünlərin qayıdışı mövzusunda görüş keçirildi - FOTO

408
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndələyi, eləcə də, Kənd Təsərrüfatı Nazirliyi və Regional İnkişaf İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə tarixdə məcburi köçkünlərin qayıdışı və hazırlıq mərhələsi mövzusunda görüş keçirilib.

Bakupost.az xəbər verir ki, görüşdə dövlətin pilot qayıdış prosesində planlaşdırdığı addımlar, icmaların qayıdış prosesinə cəlb olunması və icmaların potensialının gücləndirilməsi, qayıdış prosesində hədəf icmaların ehtiyaclarının və gözləntilərinin dəqiqləşdirilməsi müzakirə edilib. O cümlədən, mənzil, xidmətlər, məşğulluq, kommunikasiya və koordinasiya mexanizmləri üzrə müvafiq icmalara lazımi informasiyaların verilməsi və məlumatlılığın artırılması kimi məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Dövlət Komitəsi və BMT QAK-ın nümayəndələri tərəfindən qayıdış zamanı ictimaiyyətin bu prosesdə əsas maraqlı tərəf olaraq formalaşdırılması və səlahiyyətləndirilməsi istiqamətində birgə iş və sistemli fikir mübadiləsi aparıldığı bildirilib, mövcud əməkdaşlığın daha da genişlənməsinin vacibliyi vurğulanıb.


Məcburi köçkünlərin qayıdışı mövzusunda görüş keçirildi - FOTO
Məcburi köçkünlərin qayıdışı mövzusunda görüş keçirildi - FOTO
Məcburi köçkünlərin qayıdışı mövzusunda görüş keçirildi - FOTO
Məcburi köçkünlərin qayıdışı mövzusunda görüş keçirildi - FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər