Ru
15:15 / 30 İyun 2022

Mədəaltı vəzin ən dəhşətli xəstəliyinin əlamətləri

113300
Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir, bu zaman vəzin hüceyrələri bir-birinə hücum edir, orda nekroz belə əmələ gələ bilər.


Bakupost.az daha çox yeyib-içən insanlarda əmələ gələn pankreatitin ilkin əlamətlərini təqdim edir.


Pankreatitin əsas səbəbi alkoqol içkilərdən hədsiz istifadədir. Eləcə də uzun müddət müxtəlif ağır dərmanları udmaq mədəaltı vəzi zədələyir.


Stress, əsəb, hormonal pozuntular, zərərli qidalanma, qızartma yeməklər də xəstəliyi tətikləyir.

İkincili reaktiv pankreatit mədə-bağırsaq, həzm, öd, qaraciyər problemi, öd daşı olanlarda xroniki olaraq inkişaf edir.

Əsas əlamətləri :

- Mütəmadi ağrı, qabırğa altında sancı
- Ürəkbulanma, qusma
- Həzm pozuntusu
- Qarında dəhşətli köp
- Kəskin formada çox güclü kəsici ağrı, güclü qusma
- Ürək döyüntünün artması
- İştahın pozulması
- İshal
- Nəcisin açıq rəng alması


Kəskin tutma çox qorxulu olur, xəstə təcili yardımla cərrahi bölməyə çatdırılmalıdır.

Əgər mədəaltı vəzin 90% işləmədiyi diaqnoz olunarsa, xəstəyə ömürlük ferment preparatları yazılır.

Kəskin pankreatitin hələ sovet dövründən 3 əsas müalicə metodu var: acqalma, soyuq və sakitlik, yuxu.

Xəstə ən azı 5 gün bu rejimə əməl etməlidir.

Aygün Musayeva
BakuPost
Şərhlər
  • Samir Kərimov

    Salam hekim məndə 3 4 gündür ki şəkər 18 12 6.2 ən son olcende yenə 18 oldu bel fəqərə yirtigindan və bud çanaq oynaginda malice alıram çoxlu b qrup vitamin vurdurmusam dərmanlarda atmışam hal hazırda yenə b qurup vitamin, termali forte və rixos adlı iltihab əleyhinə dərmanlar qəbul edirəm buların şekere təsiri ola bilermi

  • Elnur İsmayılov

    Salam hekim men uzeden cxmsam qanan analiz vermsem hersey normal cxib sadəcə sol qabrqa altinda aqirlar var kopde yaradir bu neden olar xaiş edirəm mene diyesiz

  • Ferzullayeva Günel

    Salam mədə alti vəzin parenximasinda atrofi görüntü varsa usaqda 9yasli bu berpa olarmi

  • Mahmudova Aytən

    salam kəskin böyürdə kəskin sancılar bu sancıların tutub buraxması bəzəndə heç buraxmaması bu da mədəaltı vəzin əlamətidirmi

  • ulviyye Suleymanova

    salam mene uzide mede ati vezi berkimesi dedi hekim .Amma netice olaraq xroniki pankreatit yazilib.Odumde dassiz xolesitit var.Hekim bunun odle elaqeli oldugunu deyir.Men cox qorxdum bu xestelikden cunki vir wohumum mede alti vezi xercenginnen dunyasini deyisdi .Mualiceynen bu xestelik kecermi ? zehmet olmasa cavab vererdiz hekim narahatciliq olmadigini dedi

  • Kərimov elnur

    Xaçmaz

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər