Ru
13:22 / 21 Noyabr 2022

MEDİA jurnalistlərlə bağlı daha bir təlimə yekun vurdu - FOTO

1298

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 40-a yaxın jurnalist üçün keçirilən “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlimlər yekunlaşıb.


Bakupost.az xəbər verir ki, təlimlərin ikinci günündə də Tülin Daloğlu tərəfindən jurnalistlərə “Media məzmununun etik və peşəkar şəkildə idarə edilməsi”, “Mənbənin konfidensiallığı: Etik və hüquqi məsələlər”, “Redaksiya siyasəti və jurnalist etikası: peşəkar dəyərlərin formalaşması”, “Müəlliflik hüququ: Eksklüziv hüquqlar və müəllif hüquqlarının pozulması” və s. mövzularda təlimlər keçirilib, interaktiv müzakirə sessiyaları olub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Jurnalistlər üçün keçirilən təlimlərin məqsədi jurnalist peşəsinin əsas prinsiplərinin, etika qaydalarının və müəllif hüquqlarının qorunmasının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyinin bir daha vurğulanmasıdır.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

MEDİA jurnalistlərlə bağlı daha bir təlimə yekun vurdu - FOTO
MEDİA jurnalistlərlə bağlı daha bir təlimə yekun vurdu - FOTO
MEDİA jurnalistlərlə bağlı daha bir təlimə yekun vurdu - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər