Ru
19:00 / 05 Dekabr 2022

Məktəbdəki yanğın söndürüldü - FOTOLAR

1797
İmişli rayonunda məktəbdə yanğın hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, bu gün saat 16 radələrində İmişli rayonunun Qaralar kəndi kəndi ərazisində yerləşən tam orta məktəbdə yanğın baş verməsi ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal polis əməkdaşları həmin əraziyə cəlb olunublar.


Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirir. Həmçinin yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.

***

FHN-in 112 qaynar xəttinə İmişli rayonunun Qaralar kəndində məktəbin dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.


FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. İlkin məlumata görə, xəsarət alan yoxdur.


Məktəbdəki yanğın söndürüldü - FOTOLAR
Məktəbdəki yanğın söndürüldü - FOTOLAR
Məktəbdəki yanğın söndürüldü - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər